"Əziz Prezident, biz Sizinlə fəxr edirik" MƏKTUB

25 May 2020 13:53 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə vətəndaşlar tərəfindən təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA sizə həmin məktubları təqdim edir.

Hörmətli cənab Prezident. Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bunu belə ağır günlərdə xalqımızın yanında olmaqla bir daha sübut etdiniz. Çox təəssüflər olsun ki, bütün dünyanın bəlasına çevrilmiş COVID-19 Azərbaycanımızdan da yan keçmədi. Lakin, Siz öz köməyinizi, qayğınızı bizlərdən, xalqımızdan əsirgəmədiniz. Ümummilli lider Heydər Əliyev xalqını böyük bəlalardan necə qorumuşdusa, Siz də bizi elə qoruyursunuz. Çünki Siz Ulu Öndərin layiqli davamçısısınız. Biz əminik ki, müdrik qərarlarınız sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizdən üzüağ çıxacaq və firavan həyatımıza davam edəcəyik. Mən öz adımdan, ailəmin və qohumlarımın adından, eləcə də, Gəncə ziyalıları adından Sizə təşəkkür edirəm. Əziz Prezidentim, biz Sizinlə fəxr edirik. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə, Abdullayeva Sevda Fizuli qızı. Azərbaycan Respublikası, Gəncə şəhəri.

Hörmətli cənab Prezident. Bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətindən minimum itkilərlə çıxır. Belə zamanda mühüm islahatların davam etdirilməsi bizi çox sevindirir. Sizin düzgün idarəetməniz gələcəkdə ölkəmizin daha güclü olmasına zəmin yaradır. Hər şeyə görə Sizə təşəkkür edirəm.

Hörmətlə, Səmədov Azər. Azərbaycan Respublikası, Bakı şəhəri.

Hörmətli cənab Prezident. Mən Masallı rayonu, Ərkivan qəsəbəsindəki orta məktəbin 6-cı sinif şagirdiyəm. Kəndimizin bütün məktəbliləri adından Sizə böyük təşəkkür etmək istəyirəm. Koronavirus pandemiyası bütün dünyanı ağır sınaqlara çəkdi. Belə bir vaxtda Sizin xalqımıza, xüsusın uşaqlara qayğınız bizi qorudu. Biz məktəblilər də daha yaxşı oxumağa, dərslərimizdən geri qalmamağa çalışacağıq. Bu virus Allahın yardımı, Sizin əvvəldən gördüyünüz tədbirlərin köməyi ilə yox olub gedəcək. Buna görə Sizə təşəkkür edirəm. İnşallah, biz əvvəlki günlərə dönəcək, yenə qayğısız, xoşbəxt yaşayacağıq.

Hörmətlə, İsmayılov İntiqam Şakir oğlu. Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.

Hörmətli cənab Prezident. Vətənimiz və xalqımız üçün gördüyünüz işlər Sizin vətənpərvərliyinizin, siyasi səriştənizin göstəricisidir. Siz ölkəmizi bütün dünyada tanıdır, onun inkişafı üçün çalışırsınız. Bu günlərdə isə xalqımızı koronovirus pandemiyasından qorumaq üçün tədbirlər görürsünüz. Xalqımız Sizi sevir, dəstəkləyir və yanınızda olduğunu bildirir. Allah Sizi qorusun.

Hörmətlə, Ələkbərova Həqiqət, Ələkbərli Aynurə, Əliyeva Adilə, Xəlilov Elşən. Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.

Çox hörmətli cənab Prezident. Sizin bu pandemiya dövründə Azərbaycan xalqının hər bir vətəndaşının yanında olub, onun arxasında təkcə Prezident kimi deyil, həm də ata, övlad, qardaş kimi dayanmağınızı vətəndaş olaraq mən də alqışlayıram və buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin yolu asan keçməkdən ötrü Sizə Allahdan möhkəm cansağlığı və bütün işlərinizdə daha böyük uğurlar diləyirəm.

Hörmətlə, Çələbiyeva Solmaz Gülbaba qızı. Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

Hörmətli cənab Prezident. Sizin koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirləriniz çoxsaylı insan tələfatının qarşısını aldı. Bu gün bizə həm maddi, həm də mənəvi dəstək verdiyinizə görə Sizə minnətdarıq. Çox xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz dövrdə və dövlətdə yaşayırıq. Biz özümüzün və ailə üzvlərimizin adından Sizə minnətdarlığımızı bildirərək, gələcəkdə daha uca zirvələr fəth etməyinizi arzulayırıq.

Hörmətlə, Həmidova Səidə Xanmirzə qızı, Xəlilov Bəşir Məmməd oğlu. Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.

Möhtərəm cənab Prezident. Koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Əlbəttə ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir ağırlıq hiss etmir. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır. İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə vəsaitlərin verilməsi, eyni zamanda, xəstəliklə mübarizədə verdiyiniz qərarlar bir daha təsdiq etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. İndi Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır. Şəxsən öz adımdan, eyni zamanda, ailəmin adından bir daha Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə, Nəbiyeva Esmira İslam qızı, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi. Azərbaycan Respublikası, Gəncə şəhəri.

Hörmətli cənab Prezident. Mən Füzuli rayonundan məcburi köçkünəm. Dövlətimizin bugünkü şəraitinə baxanda Sizə minnətdarlıq hissi duyuram. Bu səviyyəyə qədər qət etdiyimiz yollar gözümün önündən keçir. Azərbaycanın bu günü məni qane edir və gələcəyindən də arxayınam. Sizə inanıram. Nə yaxşı ki, varsınız.

Hörmətlə, Əliyeva Zülfiyyə. Azərbaycan Respublikası, Bakı şəhəri.

Möhtərəm cənab Prezident. Bir gənc olaraq, gördüklərim və müşahidələrim əsasında əminliklə deyə bilərəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində biz koronavirusla mübarizədən qalib çıxacağıq. Vaxtında atılmış addımların, gördüyünüz qabaqcıl tədbirlərin, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarların xalqımızı bu vəziyyətdən az itkilərlə çıxaracağına zəmin yaradır. Hörmətli cənab Prezident, dünyanın özü boyda olan nüfuzunuza söykənərək, müdrik qətiyyətinizlə, vaxtında atdığınız addımlarla Azərbaycanın dünyada olan hörmətinə yüz qat artıq şöhrət gətirdiniz. "Biz birlikdə güclüyük!" devizi altında gördüyünüz işlərlə təsdiq etdiniz ki, əgər rəhbər müstəqil, vətənpərvər siyasət yürüdərsə, taleyini xalqının taleyindən seçməzsə, aldığı nəfəsi eli ilə, obası ilə birgə olarsa, bütün bu sınaqlardan üzüağ çıxar. Təhlükəni hiss etdiyiniz andan etibarən xalqın yanındasınız. Yorulmaq bilmədən gərgin iş rejiminə keçmisiniz. Bir gənc olaraq Sizdən örnək alıram. Sizin xalqımıza necə səylə xidmət etməyiniz məni və mənim kimi xalqa xidmət edən çoxlu sayda gəncləri ruhlandırır. Gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, sosial müavinətlərin təyin olunması, qısa müddətdə təhvil verilən xəstəxanalar, maska, spirt zavodları və digər işlər bir daha onu sübut etdi ki, Siz həqiqətən də daim bu xalqı, bu milləti düşünürsünüz. Cənab Prezident, bütün bu işlərə və xalqımıza göstərdiyiniz dəyərli xidmətlərə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəxsən öz adımdan, eyni zamanda rəhbərlik etdiyim Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul Rayon İdman Sağlamlıq Mərkəzinin kollektivi adından və Hacıqabul rayon gəncləri adından dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik.

Hörmətlə, Şəfiyev Elnur Abdulla oğlu, Əməkdar idman ustası. Azərbaycan Respublikası, Hacıqabul rayonu.

Cənab Prezident. Sizin və Mehriban xanim Əliyevanın yorulmaz fəaliyyətiniz, düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Biz Sizi dəstəkləyirik və hər zaman Sizinləyik. Cəbhə bölgəsində yaşayan füzulililər əmindirlər ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə tezliklə koronavirus təhlükəsi aradan qaldırılacaq, insanlarımızın sağlam və xoşbəxt həyatı təmin ediləcəkdir. Biz hər zaman Sizinləyik. Allah Sizi var eləsin.

Hörmətlə, Bayramova Gülnar Habil qızı. Azərbaycan Respublikası, Beyləqan rayonu.

Möhtərəm cənab Prezident. Biz böyük bir ailəyik. Uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışırıq. Sizin kənd təsərrüfatına olan diqqətiniz və kənd adamlarına qayğınız bizi daha da yaxşı işləməyə ruhlandırır. Qazandığımız uğurlara görə Sizə minnətdarıq. Heç bir texnika və dərman preparatı sarıdan çətinliyimiz yoxdur. Cənab Prezident, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizi və ailənizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram.

Hörmətlə, Bəşirov Əlimirzə Balamməd oğlu. Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.

Möhtərəm cənab Prezident. Koronavirus pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində görülən mühüm işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Qısa müddət ərzində yeni xəstəxanaların tikilməsi, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin xalqa olan qayğınızdan irəli gəlir. Xalq da Sizi sevir. Allah xalqımızı bu xəstəlikdən qorusun, Sizə cansağlığı və uzun ömür versin.

Hörmətlə, Musayev Cabbar, Hüseynova Vüsalə, Qasımova Səmərqənd. Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.

Möhtərəm cənab Prezident. Uzaqgörən, müdrik siyasətiniz sayəsində Azərbaycan dünyanı bürümüş koronavirusdan ən az itki verən ölkələrdən biridir. Böyükdən kiçiyə bütün əhalini qorumaq üçün düşünülmüş qərarlar verdiniz. Elə bu səbəbdən koronavirus pandemiyasının ən az təsir etdiyi ölkələr arasında birincilərdənik. Qəbul etdiyiniz qərarlara, qısa müddətdə pandemiyanı nəzarət altına aldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Uca Allahdan Sizə cansağlığı diləyirik.

Hörmətlə, Ağayev Qaraxan, Qənbərzadə Lətifə, Mirzəyev Xeybər, Nəzərov Əşrəf, Mirzəyev Azər. Azərbaycan Respublikası, Masallı rayonu.

Möhtərəm cənab Prezident. Xalqımızın Sizə olan sevgisi tükənməzdir. Siz də bu çətin günlərdə xalqımıza qayğı göstərərək sevginizi nümayiş etdirdiniz. Biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Hər zaman xalqın yanında olduğunuza görə Sizə təşəkkür edir, cansağlığı və uzun ömür arzulayırıq.

Hörmətlə, Əliyeva Elnarə, Ağayev Firdovsi. Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.