Ermənistanda son saatlarda 6 nəfər virusdan ölüb 7113 nəfər virusa yoluxub

25 May 2020 11:20 (UTC+04:00)
Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 452 yeni yoluxma halı aşkarlanıb, 6 nəfər ölüb. SİA xəbər verir ki, Ermənistanda koronavirusa yoluxanların sayı 7113 nəfərə, ölənlərin sayı isə 87 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 3145 nəfərdir.