Böyük Britaniyada son sutka ərzində daha 2405 nəfər koronavirus infeksiyasına yoluxub.
SİA xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Boris Conson brifinq zamanı deyib.
Məlumata görə, bu günədək krallıq ərazisində 259 559 nəfər infeksiyaya yoluxub.
Bundan əvvəlki gün Britaniyada 282 nəfərin öldüyü, 2959 nəfərin isə virusa yoluxduğu deyilirdi.