Mayın 25-dən Qazaxıstanın bütün hava limanları daxili uçuşlar üçün açılıb

25 May 2020 04:01 (UTC+04:00)

Mayın 25-dən Qazaxıstanın bütün hava limanları daxili uçuşlar üçün açılıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər.

Məlumata əsasən, şəhərlər arasındakı uçuşların sayı müştərilərin istəkləri nəzərə alınaraq aviaşirkətlərlər tərəfindən təyin ediləcək.

Qeyd edilir ki, uçuşlar yüksək sanitariya təhlükəsizliyi tədbirləri şəraitində həyata keçirilir, hava limanlarında və təyyarələrdə geniş dezinfeksiya işləri aparılır.

Xatırladaq ki, Qazaxıstanda koronavirusa 8,3 mindən artıq insan yoluxub. Onlardan təxminən 4,3 mini sağalıb, 35 nəfəri isə ölüb.