Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 101 mindən çox artıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Mayın 24-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 101 502 nəfər yeni koronavirusa yoluxub, 4 286 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 204 508, ölənlərin isə 337 687 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 338 124 yoluxma və 138 116 ölüm halı.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 415 806 yoluxma və 10 988 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.