Polis əməkdaşları aztəminatlı ailələri ziyarət ediblər

24 May 2020 17:35 (UTC+04:00)

Ramazan bayramı münasibətilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatları paylanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya bildiriblər ki, polis əməkdaşları 30 ailəni ziyarət edib, onları bayram münasibətilə təbrik edərək müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını onlara təqdim ediblər.

Sakinlər də göstərilən bu diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin