Qazaxıstanda koronavirusa yoluxanların sayı 8300-ü ötdü

24 May 2020 09:49 (UTC+04:00)

Qazaxıstanda 403 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Fövqəladə Halların Təminatı üzrə Dövlət Komissiyası yanında Operativ Qərargahı bildirib.

Qeyd edilir ki, bununla da koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 8 322-yə çatıb.

Koronavirusa ən çox yoluxma ölkənin Almatı şəhərində qeydə alınıb. Burada 2 164 yoluxma aşkarlanıb.

Qərargahın məlumatına görə, koronavirusdan ölüm hallarının ümumi sayı 35 təşkil edir. Qazaxıstanda koronavirusa yoluxmuş 4214pasiyent sağalıb.