Rusiyada son sutkada 2116 hektar ərazidə 36 meşə yanğını söndürülüb

24 May 2020 08:22 (UTC+04:00)

Mayın 23-də Rusiyada 2116 hektar ərazidə 36 meşə yanğını söndürülüb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Regional Meşə Təsərrüfatı Dispetçer Xidməti məlumat yayıb.

Bildirilib ki, bir gün əvvəl 871 hektar ərazidə 38 meşə yanğının qarşısı alınıb.

Mayın 24-nə keçən gecə isə 11733 hektar ərazidə 64 meşə yanğınları aktiv şəkildə söndürülüb. Yanğınların söndürüldüyü ən böyük ərazi Xabarovskda qeydə alınıb - 4870 hektar.