Qəzza zolağında koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

24 May 2020 04:28 (UTC+04:00)

“Qəzza zolağında koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib. Bu, Qəzzada ilk koronavirusdan ölüm hadisəsidir”. qeydə alınıb

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidra mətbuat konfransında deyib.

O bildirib ki, koronavirus diaqnozu təsdiqlənmiş 77 yaşlı qadın, “Rafah” keçid məntəqəsində yerləşən xəstəxanada ölüb.

Qadın bu yaxınlarda Misirdən Qəzza zolağına qayıdıb.

Əşrəf əl-Kidra əlavə edib ki, epidemiya başlayandan bəri Fələstində koronavirusa yoluxma hadisələrinin ümumi sayı 55-ə çatıb. Onlardan 39 nəfəri karantindədir, 16 nəfər tam sağalıb, 4 nəfər ölüb.