"Ayaks" qərarını verdi: 25 milyon avro ver, al

23 May 2020 21:13 (UTC+04:00)

"Ayaks" futbolçusu Nikolas Talyafiko ilə yolları ayırmağa hazırdır.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, Niderland klubu "Çelsi", "Barselona" və "Atletiko"nun maraqlandığı müdafiəçiyə 25 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Talyafikonun "Ayaks"la müqaviləsi 2022-ci ilin iyununda başa çatır.