Ukrayna Ali Radasının deputatı şəxsi ofisində ölü tapılıb

23 May 2020 22:04 (UTC+04:00)

Ukrayna Ali Radasının deputatı Valeri Davıdenko şəxsi ofisində ölü tapılıb.

SİA xəbər verir ki, Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko deputatın ofisinin tualetində başından güllələnmiş halda tapıldığını bildirib.

İstifadə olunan tapança deputatın yanında olub.

“Bütün versiyalar üzərində işləyirik. Deputatın özünəqəsd etməsi və ya öldürülməsi üzərində tədqiqat aparılır”, - deyə A. Qeraşenko əlavə edib.