"Borussiya" onunla bu yay başa çatacaq müqavilənin müddətini uzatmayacaq

23 May 2020 19:43 (UTC+04:00)

"Borussiya" futbolçusu Mario Qötze ilə bu yay başa çatacaq müqavilənin müddətini uzatmayacağını təsdiqləyib.

SİA Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dortmund klubunun idman direktoru Maykl Zork məlumat verib: "Bu yay Qötze ilə yolları ayırırıq. Bu, söhbətdən sonra ümumi verilən qərardır. Mario əla oyunçudur".

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi bundan əvvəl karyerasından dəyişiklik etmək qərarına gəldiyini açıqlamışdı.