“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb

23 May 2020 10:20 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC daha bir sosial məsuliyyət tədbiri həyata keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, Ramazan bayramı münasibəti ilə qurumun kollektivi tərəfindən bir qrup ailəyə bayram sovqatı hazırlanıb.

Bayram ərəfəsində “Aztelekom”un əməkdaşları aztəminatlı ailələrə bayram sovqatını çatdırıb.

“Aztelekom” MMC xeyirxah təşəbbüsləri gələcəkdə də davam etdirməyi nəzərdə tutur.