Gəncədə 27 yaşlı şəxsi it dişləyib

23 May 2020 06:56 (UTC+04:00)

Gəncədə 27 yaşlı şəxsi it dişləyib.

SİA xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivindəki binaların qarşısında qeydə alınıb.

1993-cü il təvəllüdlü Rövşən Məmmədov it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxsə quduzluq əleyhinə peyvənd vurulub, vəziyyətinin normal olduğu bildirilir.

İlham Məmmədov