Böyük Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 36 393 nəfərə çatıb

23 May 2020 06:20 (UTC+04:00)

Böyük Britaniyada yeni növ koronavirusdan daha 351 nəfər ölüb.

SİA "gazeta.ru" saytına isinadən xəbər verir ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 36 393 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində 3 287 nəfərdə koronavirus aşkarlanıb, koronavirusa yoluxanların sayı 254 195 nəfər təşkil edir.