9 dərman həbini eyni anda qəbul edən 37 yaşlı qadın zəhərlənib

23 May 2020 05:03 (UTC+04:00)

9 dərman həbini eyni anda qəbul edən Mingəçevir sakini zəhərlənib.

SİA xəbər verir ki, hadisə N.Nərimanov küçəsi 38, mənzil 13-də baş verib.

1983-cü il təvəllüdlü şəhər sakini Hüseynli Zeynəb Şakir qızı naməlum səbəbdən hər hansı həkim məsləhəti olmadan eyni anda 9 ədəd dərman preparatını qəbul edərək zəhərlənib. Halsız vəziyyətə düşən qadın xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.