Rusiya Federasiyası, Tatarıstan Respublikasında güclü yanğın baş verib.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın Zelenodolsk şəhərində xəstəxanada meydana gəlib.
Hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılardan ikisi xəsarətləri yanıq, digərlərinin isə zəhərlənmə ilə bağlıdır. Ölənlər və xəsarət alanlar xəstələrdir.