Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb

23 May 2020 00:12 (UTC+04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

1951-ci il təvəllüdlü Quliyeva Bella Yevdakimovnanı naməlum avtomobil vurub. Avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Yaralı qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.