Qərb bölgəsindəki güclü külək bir sıra fəsadlara yol açıb

22 May 2020 21:44 (UTC+04:00)

Gəncə şəhərində və ətraf rayonlarda aşan güclü külək bir sıra fəsadlara yol açıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Gəncə şəhərində iri gövdəli ağaclar yol kənarına, avtomobillərin üzərinə aşıb. Bundan əlavə təbiət hadisəsi zamanı bir neçə binanın dam örtüy uçub.

Gəncə-Samux yolunda ağacın aşması nəticəsində magistral yol bağlanıb. Şəmkir rayonunda da təbiət hadisəsi ciddi problemlərə səbəb olub. Bəzi kəndlərdə elektrik enerjisi verilişində fasilələr yaranıb.

İlham Məmmədov