Prezident İlham Əliyev Pakistanın dövlət başçısına başsağlığı verib

22 May 2020 18:02 (UTC+04:00)

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib. Başsağlığı məktubunda deyilir: "Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!".