"İdman tədbirlərinin keçirilməsi müzakirə olunur" Ramin Bayramlı

22 May 2020 17:49 (UTC+04:00)

"Ən çox bizə çimərliklərin açılması ilə bağlı müraciətlər daxil olur. Çimərliklərin açılması ilə bağlı heç bir maneə görülmür. Burada əsas məsələ sosial məsafənin saxlanılmasıdır". SİA-nın verdiyi məlumata görə, bunu Opertib Qərargahın brifinqində TƏBİB sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, 1 iyun tarixindən idman tədbirlərinin açılması məsələsi gündəmdədir: "Qeyd etmək istəyirəm ki, 1 iyun tarixindən modul xəstəxanalardan ilki fəaliyyətə başlayacaq. İlk xəstəxana üçüm heyət hazırdır. Növbəti həftələrdə 9 xəstəxananın da açılması gözlənilir. 10 yeni avtomatlaşdırılmış laborotoriyaların qurulması ilə bağlı qərar qəbul olunub. Bununla da testlərimizin sayını artıra biləcəyik".