Yoluxmanın ən çox olduğu şəhər və rayonlar müəyyənləşib

22 May 2020 17:30 (UTC+04:00)

"Ölkəmizin şəhər və rayonları üzrə ən çox yoluxma faizlərinə görə təsnifinə əsasən, Bakı şəhərində 47,4 faiz, Gəncə-Qazax bölgəsində 12.8 faiz, Aran bölgəsi üzrə 10.8 faiz, Lənkəranda 9.8 faiz, Abşeron rayonu üzrə 8.1 faiz yoluxma halı müşahidə edilir". SİA-nın verdiyi məlumata görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, birinci dərəcəyə daxil edilməyən, lakin yoluxma sayı çox olan bölgələr mövcuddur: "Birinci klastra aid etdiyimiz şəhər və rayonlara Bakı, Lənkəran, Salyan, Sumqayıt, Yevlax, Neftçala, Cəlilabad, Abşeron, Ağstafa, Göyçay təşkil edir. Yevlaxda yoluxanların sayı normadan çoxdur və ümumi yoluxmanın 6 faizini təşkil edir".