Karantin rejimi olduğu kimi saxlanılır

22 May 2020 17:18 (UTC+04:00)

"Aparılan təhlillərdən sonra qərar verilib ki, vəziyyət karantin rejiminin sərtləşdirməsinə əsas vermir. Bəzi ölkələrdə yumşalmadan sonra sərtləşməyə meyllər var. Lakin ölkəmizdə buna ehtiyac yoxdur". SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bu barədə təkliflər var idi, lakin bununla belə karantinin tamamilə yumşaldılması və ya ləğv edilməsi uyğun sayılmır: "Ona görə də vəziyyətin olduğu kimi saxlanılmasına qərar verilib".