Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb

22 May 2020 16:42 (UTC+04:00)

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan döşəyin altında, tavan hissəsində 88 ədəd 125 qramlıq "Musthave" markalı qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.