"Şəhid ailələrinə göstərilən qayğıya görə Sizə təşəkkür edirəm" Prezidentə yazırlar

22 May 2020 15:46 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə vətəndaşlar tərəfindən təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Sumqayıt şəhər sakini, şəhid anası Gülzar Piriyevanın Prezidentə ünvanlanladığı məktubu təqdim edir.

Prezidentə minnətdarlığını bu sözlərlə ifadə edən şəhid anasının məktubunda deyilir: "Möhtərəm cənab Prezident. Mən torpaqlarımızın bütövlüyün uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlum Faiq Piriyevin xatirəsinə Sumqayıt şəhəri, 33 nömrəli orta məktəbdə xatirə lövhəsinin vurulmasına və şəhid ailələrinə göstərilən xüsusi dövlət qayğısına görə Sizə təşəkkür edirəm. Biz bununla böyük təsəlli tapırıq. Vətənimizə sevgimiz, dövlətimizə güvənimiz daha da artır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu gün bütün dünyanı cənginə alan pandemiya zamanında vaxtında gördüyünüz qabaqlayıcı tədbirlərlə xalqımızı qoruduğunuza və aztəminatlı insanlara maddi yardım göstərdiyinizə görə məmnunluq hissi duyuruq. "El bir olsa, dağ oynadar yerindən" - deyiblər. Biz öz birliyimizlə hər bir çətinliyin öhdəsindən gəlmək iqtidarındayıq. Sizə bir daha təşəkkür edirəm".