"Biz gənclər Sizin fəaliyyətinizin əsas dəstəkçiləriyik" Prezdentə Məktub

22 May 2020 15:35 (UTC+04:00)

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

SİA Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubu təqdim edir.

Zaqatala rayon sakini Əliyar Əliyev yazır:

“Hörmətli cənab Prezident,

Siz gənclərin fəaliyyətinə böyük önəm, yüksək qiymət verirsiniz. Biz gənclər də Sizin fəaliyyətinizin əsas dəstəkçiləri, davamçılarınızıq. Gənclər ictimai həyatda çox fəal rol oynayır, bununla da özlərini Sizin köməkçiləriniz sayırlar.

Cənab Prezident, pandemiyanın Azərbaycanda aşkar olunduğu ilk gündən Siz bütün qüvvələri insanların sağlamlığının qorunmasına yönəltdiniz, yaranmış vəziyyəti ciddi nəzarətə aldınız. Bir gənc olaraq bütün qərarlarınıza, addımlarınıza görə Sizə təşəkkür edir və Sizinlə qürur duyuruq”.