Hindistanın Azərbaycandakı Səfiri Azərbaycan xalqını təbrik edib

22 May 2020 14:35 (UTC+04:00)

Hindistanın Azərbaycandakı Səfiri B.Vanlalvavna Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Hindistanın Bakıdakı Səfirliyindəki həmkarlarım ilə birlikdə biz, dost Azərbaycan xalqına Ramazan bayramı münasibətilə ən xoş təbriklərimizi çatdırırıq.

Bu xoş bayram cəmiyyətimiz daxilində harmoniya, şəfqət və sülh ruhunu alovlandırmağa fürsət yaradır.

Azərbaycandakı bütün dostlarımızın Ramazan bayramı mübarək olsun. Bu xoş hadisə hər kəsə sevinc və firavanlıq gətirsin".