Nizami rayonunda Ramazan bayramı münasibətilə sovqat paylanıb - FOTOLAR

22 May 2020 14:24 (UTC+04:00)

Ramazan bayramı münasibətilə Nizami rayonunda Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, Böyük Vətən Müharibəsi veteranlarına, ağsaqqallara və aztəminatlı ailələrə bayram sovqatı paylanıb. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçicilərini bayram münasibətilə təbrik edib.

Seçicilər də öz növbəsində Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Ümumilikdə, 350 ailəyə Ramazan bayramı münasibətilə yardımlar verilib.