Nəhəng sorğunun nəticəsi: İşçilər artıq evdən işləmək istəyir ARAŞDIRMA

22 May 2020 13:38 (UTC+04:00)

303 nəhəng şirkətin işçiləri arasında aparılan sorğuya əsasən işçilər evdən işləməyə üstünlük veriblər. SİA "Cushman & Wakefield"ın apardığı sorğuya istinadən xəbər verir ki, sorğunun nəticəsi kimi iştirakçıların 74 faizi pandemiya ilə əlaqədar vəziyyət stabilləşsə belə, post-pandemiya dövründə də həftədə 2-3 gün evdən işləmək istəyir.

Belə ki, koronavirus pandemiya elan olunduğündan şirkətlər evdən işləmə prosesinə start verdilər. Lakin, bu hall post-pandemiya dövründə də bir çox şirkət üçün davamlı olacaq. Bəzi beynəlxalq şirkətlər post-koronavirus dövründə də evdən işə davam edəcəklərini açıqladılar.

İşçilərin yeni iş modelinə necə uyğunlaşdığı ilə bağlı araşdırmaya əsasən kommersiya fəaliyyəti və daşınmaz əmlak məsələləri üzrə fəaliyyət göstərən, 207-si beynəlxalq və 96-sı yerli şirkət olmaqla 303 şirkətdən 1142 əməkdaşın hər birinə 6 sual verilib. İnternet üzərindən videokonfransı şəklində aparılan araşdırmanın nəticələri təəccüb soğurub.

Belə ki, sullardan ilki belə olub: "COVID-19 təhlükəsi tamamilə yox olduqdan sonra evdə hansı aralıqlarda fəaliyyət göstərmək istəryərdiniz?". Suala cavab olaraq iştirakçıların 74 faizi iş fəaliyyətinin 40-60 faizini evdən həyata keçirəcə biləcəyini açıqlayıb.

İkinci sual: "COVID-19 pandemiyasından əvvəl evdən fəaliyyət göstərmisiniz? Əgər cavab "bəli"dirsə, neçə gün?". Suala cavab olaraq iştirakçıların 74 faizi əvvəllər evdən işləmədiklərini açıqlasalar da, həftədə bir gün evdən işləyənlər də var idi. Onlar sorğu nəticələrinin 18 faizini təşkil edirdilər. Bu da onu göstərir ki, COVID-19-dan əvvəl "freelancer" şəklində (uzaq məsafədən fəaliyyət göstəmək) fəaliyyət göstərmə prinsipi şirkətlər arasında yayılmamışdı.

Araşdırmaya əsasən, anketdə verilən suallar və cavabları aşağıdakı kimi nəticələnib:

Pandemiyadan əvvəl neçə gün evdən işləyirdiniz?

"1 gün" deyənlər - 18 faiz

"2 gün" deyənlər - 5 faiz

"3 gün" deyənlər - 1 faiz

"4 gün" deyənlər - 1 faiz

"5 gün" deyənlər - 1 faiz

Evdən işləməmişəm deyənlər - 74 faiz

Evdən fəaliyyət göstərdiyiniz zaman hansı məqamlarda çətinlik çəkirdiniz?

"Üz-üzə görüşlərin olmaması" deyənlər - 25 faiz

"İş həyatında tarazlığı qura bilməmək" deyənlər - 45 faiz

"Komandanın koordinasiyası" deyənlər - 9 faiz

"Maddi çevrənin şəxsə uyğunlaşdırılması müddətində" deyənlər - 17 faiz

"Texnologiya cəhətdən" deyənlər - 3 faiz

Evdən fəaliyyət göstərdiyiniz müddətdə məhsuldarlığınızı 1 ilə 5 ballıq şkala arasında dəyələndirin.

(1 ən aşağı - 5 ən yüksək)

"1 bal" deyənlər - 1 faiz

"2 bal" deyənlər - 6 faiz

"3 bal" deyənlər - 28 faiz

"4 bal" deyənlər - 43 faiz

"5 bal" deyənlər - 22 faiz

Evdən fəaliyyət göstərərkən şirkətinizin məhsuldarlığını 1 ilə 5 ballıq şkala arasında dəyələndirin.

(1 ən aşağı - 5 ən yüksək)

"1 bal" deyənlər - 9 faiz

"2 bal" deyənlər - 13 faiz

"3 bal" deyənlər - 24 faiz

"4 bal" deyənlər - 35 faiz

"5 bal" deyənlər - 19 faiz

Evdən iş prosesində şirkətiniz ən çox nədə çətinlik çəkdi?

"Texnoloji infrastrukturda" deyənlər - 8 faiz

"Təşkilati quruluşda" deyənlər - 10 faiz

"Evdən fəaliyyət göstərmə vərdişlərində" deyənlər - 53 faiz

"Müştərilərin gözləntilərində" deyənlər - 14 faiz

"Daxili rabitədə" deyənlər - 12 faiz

COVID-19 təhlükəsi tamamilə bitdikdə evdən hansı aralıqda fəaliyyət göstərmək istərdiniz?

"1 gün" deyənlər - 10 faiz

"2 gün" deyənlər - 43 faiz

"3 gün" deyənlər - 31 faiz

"4 gün" deyənlər - 7 faiz

"5 gün" deyənlər - 5 faiz

"Evdən işləmək istəmirəm" deyənlər - 4 faiz