“Müşfiq diyarı yaz fəslində”

22 May 2020 11:50 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Xızı rayon MKS ilə birgə “Evdə qal, evdə yarat!” çağırışı çərçivəsində “Müşfiq diyarı yaz fəslində” adlı videoçarx təqdim edib. İdarədən SİA-ya bildirilib ki, kitabxanalar Əməkdar artist Abbas Bağırovun ifasında “Yaz gəldi” mahnısının sədaları altında oxucularını gözəl, əsrarəngiz təbiətə malik Müşfiq diyarına virtual səyahətə dəvət edib.

Videoçarxda Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndindəki ev-muzeyi, rayonun simvoluna çevrilən dağın döşündə tara qoyulan “Oxu tar” abidəsi əks olunub. Əsrarəngiz təbiəti, yamyaşıl yamacları, güllü-çiçəkli çəmənləri ilə insan ruhunu oxşayan Xızı təbiəti öz gözəlliyi ilə diqqəti cəlb edir. Videoçarxı izlədikcə al-əlvan çiçəklərin ətri duyulur, bir anlıq insan özünü bu gözəl təbiət qoynunda hiss edir.