Camal Qaşıqçının ailəsindən təəccüblü qərar - Qatilləri bağışlayırıq

22 May 2020 10:48 (UTC+04:00)

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda vəhşicəsinə qətlə yetirilən "Vaşinqton Post" qəzetinin müxbiri Camal Qaşıqçının ailəsi təəccüblü qərar verib.

SİA-nınməlumatına görə, jurnalistin oğlu Salah Qaşıqçı ailəsi adından yazdığı tvitdə atasının qatillərini bağışladıqlarını bildirib.

O qeyd edib ki, Allahın rızasını qazanmaq üçün bu qərarı qəbul ediblər: "Bir pisliyin qarşılığı ona bərabər savaşdır. Amma kim bağışlarsa, düzəltmə yolunu tutarsa, onun mükafatını Allah verər. Şübhə yoxdur ki, o, haqsızlıq edənləri sevməz".

Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə qətlə yetirilib. Lakin onun cəsədinin harada olduğu hələ də müəmmalı qalıb.