Dünyada COVİD-19-dan ölənlərin sayı 323 256 nəfər

22 May 2020 09:30 (UTC+04:00)

Son 24 saatda dünyada 103 min nəfərin COVİD-19-a yoluxması nəticəsində ümumilikdə yoluxanların sayı 4.9 milyona yaxınlaşıb. Son sutka ərzində dünyada 4.4 min insan virusdan dünyasını dəyişib. SİA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.

Açıqlanan rəqəmlərə görə, son gündə 103 min 981 yeni yoluxma halı, 4467 nəfərin isə dünyasını dəyişməsi faktı qeydə alınıb. Bununla da dünyada yeni növ koronavirusa yoluxanların ümumi sayı 4 milyon 893 min 186, ölənlərin sayı isə 323 min 256 nəfərə çatıb.

ÜST-ə görə, ən çox yoluxma halı Şimali və Cənubi Amerikada qeydə alınıb. Belə ki, ABŞ-da COVİD-19-a yoluxanların sayı 2 milyon 166 min 3 nəfərə çatıb.

Qeyd edək ki, Ümüdünya Səhiyyə Təşkilatı martın 11-də yeni növ koronavirusu dünyada pandemiya elan edib.