“Harri Potter və fəlsəfə daşı” kitabının ilk nəşri hərracda 33 min funt sterlinqə satılıb

22 May 2020 08:14 (UTC+04:00)

“Harri Potter və fəlsəfə daşı” kitabının ilk nəşri hərracda 33 min funt sterlinqə satılıb. Həmçinin “Sirlər otağı” və “Azkaban məhbusu” kitablarının nadir nüsxələri hərraca çıxarılıb.

Koronavirus məhdudiyyətlərinə görə alıcılar beynəlxalq hərracda onlayn iştirak ediblər.

“Harri Potter və fəlsəfə daşı” kitabı ilk dəfə 1997-ci ildə 500 nüsxə ilə nəşr olunub.