"Fənərbaxça"nın sabiq idman direktoru klub prezidenti olmağa hazırlaşır

22 May 2020 00:24 (UTC+04:00)

"Fənərbaxça"nın sabiq idman direktoru Damien Komolli klub prezidenti olmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, fransalı futbol funksioneri "Tuluza" klubuna rəhbərlik etməyə çox yaxındır.

Koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılan Liqa1-də sonuncu yeri tutaraq aşağı liqaya göndərilən "Tuluza"nın səhmlərinin 85 faizi satılır. Amerika şirkəti "RedBird Capital Partners"lə danışıqlardan sonra ilkin razılıq əldə olunub. Adıçəkilən şirkəti təmsil edən Komollinin "Tuluza"ya prezident vəzifəsinə təyin olunması gözlənilir.

Qeyd edək ki, Damien Komolli yanvarda "Fənərbaxça"nın idman direktoru vəzifəsindən istefa verib.