Xaçmazda 3 nəfəri sahibsiz it dişləyib

21 May 2020 23:24 (UTC+04:00)

Xaçmazda 3 nəfəri sahibsiz it dişləyib.

SİA xəbər verir ki, xəsarət alanlar rayonun Çarxı kənd sakini, 2012-ci il təvəllüdlü Qədirli Vüqar Mehdi oğlu, Müşkür kənd sakini Fərzəliyev Ceyhun Nizami oğlu və 2014-cü il təvəllüdlü Qımılqışlaq kənd sakini Mahmudov Seyid Sahib oğludur.

Hər 3 yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.