Batma təhlükəsi ilə üzləşən Rusiya vətəndaşını xilas edilib FHN

21 May 2020 18:08 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunda dənizdə, xilasetmə məntəqəsinin ərazisində bir nəfərin sörfinq edərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən SİA-ya bildiriblər ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri Rusiya Federasiyasının vətəndaşını sudan çıxararaq xilas edib və aidiyyəti üzrə təhvil veriblər.