"Yubilyar kitablar” silsiləsindən növbəti sərgi

21 May 2020 16:55 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ciddi karantin rejimində oxucularla əlaqəsini internet üzərindən quraraq, onların mütaliəyə marağının artması, dünya ədəbiyyatının incilərindən xəbərdar olması məqsədilə müxtəlif layihələr həyata keçirir.

İdarədən SİA-ya bildirilib ki, “Yubilyar kitablar” layihəsində oxucular 2020-ci ildə yubileylərini qeyd edən kitablar, əsərlər və onların müəllifləri haqqında məlumat əldə edir, həmin kitabları virtual sərgi vasitəsilə vərəqləyir və kitabxanaya onlayn müraciət etməklə onları oxumaq üçün əldə edirlər. 2020-ci ilin yubilyar əsərlərindən biri də A.S.Puşkinin 200 yaşlı “Ruslan və Lyudmila” əsəridir.

Qeyd edək ki, "Ruslan və Lyudmila" o zamanın bütün şairlərinin diqqətini cəlb edir. Şair Jukovski bu poemanı oxuyandan sonra öz şəklini Puşkinə göndərib, şəklin arxasında "məğlub edilmiş şairdən qalib çıxmış şairə hədiyyə" sözlərini yazıb.