Qəndəhar həbsxanasının altından tunel qazan 541 məhkum qaçıb

26 Aprel 2011 10:09 (UTC+04:00)

Əfqanıstanın Qəndəhar şəhərindəki həbsxanadan məhkumlar qaçıb.

SİA-nın xəbərinə görə, səhər saatlarında həbsxanada üsyan başlayıb.

Üsyanın yatırılmasından sonra həyata keçirilən yoxlama zamanı məlum olub ki, 541 məhkum tunel qazaraq həbsxanadan qaçıb.

Qaçan məhkumların böyük əksəriyyətinin "Taliban"a bağlı şəxslər olduğu açıqlanıb.

Qeyd edək ki, Qəndəhar həbsxanasında 1200-ə yaxın məhkum saxlanılır.