İranın nüvə fəaliyyəti ikinci dəfə hədəf alınıb

26 Aprel 2011 09:35 (UTC+04:00)

Ölkənin nüvə fəaliyyətləri bilgisayar virusu ilə ikinci dəfə hədəfə alınıb.

SİA-nın ölkənin xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, sabotajla mübarizə qurumunun rəhbəri Qulamraza Cəlali mütəxəssislərin bu yeni virusu məhv etdiklərini bildirib.

Cəlali "ulduz" adlandırdığı virusun hansı cihazlara nə dərəcədə təsir etdiyinə dair məlumat verməyib.

Qeyd edək ki, İran keçən il "Struxnet" adlı virusun hücumuna məruz qalmışdı. Tehran hökuməti virusun Natanzda yerləşən ana uran zənginləşdirmə təsisində az sayda santrifuja təsir etdiyini, ancaq elm adamlarının virusu aşkarlayaraq daha çox zərər vermədən zərərsizləşdirdiklərini bildirmişdi.

İlk vurusun İsraildən gəldiyi iddia edilmişdi. ikinci virusun mənşəyi haqda isə açıqlama verilməyib.