43 ədəd çətənə kolu aşkar olundu

21 May 2020 14:10 (UTC+04:00)

Kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında Maştağa qəsəbə sakini M.Bağırovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar edilərək götürülüb.