Neftin qiyməti bahalaşmaqda davam edir

21 May 2020 13:15 (UTC+04:00)

Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.

SİA-nın məlumatıan görə, "Brent" markalı neftin 1 barelinin bu günə olan qiyməti 36,61 ABŞ dollarıdır.

Ötən gün 36,46 dollara qədər bahalaşan neftin barel qiyməti 35,75 dollar səviyyəsində tamamlanıb. Bu gün isə 2,40% artımla 36,61 dollardan satılıb.

Eyni dəqiqələrdə Qərbi Texas markalı neftin 1 bareli 34,31 dollardan alıcı tapıb.

Qeyd edək ki, koronavirus pandemiyası və OPEC-lə OPEC+ ölkələri arasında neft istehsalının azaldılmasına dair razılığa gəlinməməsi neftin qiymətinin 20 dollara qədər düşməsinə səbəb olmuşdu.