Seymur Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib SƏRƏNCAM

21 May 2020 13:08 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. SİA-nın verdiyi məlumata görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".