Milli Xalça Muzeyinə tanınmış simalarla virtual tur

21 May 2020 12:49 (UTC+04:00)

Azərbaycan Milli Xalça Muzeyi daha bir ilkə imza ataraq maraqlı layihə reallaşdırıb. Belə ki, tanınmış televiziya aparıcıları - Dilarə Səlim, Emil Şahzadə və Leyla Quliyeva kimi məşhur simalar muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış ediblər. SİA-nın məlumatına görə, virtual tur çərçivəsində, həmçinin ilk dəfə olaraq muzeyə ekskursiya surdo-tərcümə ilə müşayiət olunub.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinə virtual tur layihəsi davam etdiriləcək, eyni zamanda, rus və ingilis dillərində də təqdim olunacaq.