“Kitabxana – koronavirusa yox deyir!”

21 May 2020 17:10 (UTC+04:00)

Koronavirus pandemiyasının yayıldığı bu dövrdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Kitabxana – koronavirusa yox deyir!” adlı layihəni silsilə formada təşkil etməkdə davam edir.

Kitabxanadan SİA-ya bildirilib ki, aksiyanın fəal iştirakçısı olan şair-qəzəlxan, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın oxucusu Əli Əmirov (Ələmi) “Hələ” adlı qəzəli ilə virtual oxucuları tanış edib. Qəzəl eşq mövzusundadır və dərin hisslərə toxunaraq onları bədii sözlə təsvir edib.