F.Köçərli adına Respublika Uşaq Kitabxanası 28 may - Respublika Günü ilə bağlı ailəvi onlayn viktorina elan edib. SİA-nın məlumatına görə, viktorina zamanı iştirakçılara 50 sual təqdim olunacaq. Qalib çıxan ailəyə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 5 kitab hədiyyə olunacaq.
Viktorinanın keçirilməsində məqsəd "Birlikdə düşünək, birlikdə tapaq" devizi ilə valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapmasıdır.
Nəticələr kitabxananın sosial şəbəkələri vasitəsilə açıqlanacaq.
Ətraflı məlumatı clb.az saytından əldə etmək olar.