"ADY Express" Qazaxıstana məxsus aluminium yükünü nəql etməyə başlayıb

21 May 2020 10:10 (UTC+04:00)

Fəaliyyətinin əsas istiqamətlərindən biri, Azərbaycandan keçən tranzit marşrutlarına yeni növ yüklərin cəlb edilməsi olan, Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Express" MMC, ölkəmizin dəmir yollarında yaradılan geniş imkanlarından istifadə edərək, daha bir yeni növ yükü cəlb edərək, onun Azərbaycandan tranzit rejimində nəql olunmasına nail olub.

Bu barədə SİA-ya qurumdan məlumat veriblər.

Qeyd olunub ki, "ADY Express" Qazaxıstan və Gürcüstandakı tərəfdaşları ilə, Qazaxıstanın Pavlodar şəhərindən Gürcüstanın Poti limanına qədər, "Qazaxıstan elektroliz zavodu"na məxsus aluminium yükünü nəql etməyə başlayıb.

"ADY Express" şirkətinin də operatorluğu ilə, Qazaxıstanın Pavlodar-Yujnıy stansiyasında örtülü vaqonlara yüklənən aluminium, Kurık limanına yola salınıb. Kurık limandan vaqonlar bərə ilə Ələt limanına çatdırıldıqdan sonra, buradan da Gürcüstanın Poti limanına yola salınıb. Yük vaqonları ümumi olaraq 4186 km məsafəni qət edərək ünvana çatdırılırb. Yük vaqonlarının tranzit vaxtı (yolda olma vaxtı), havadan asılı olaraq 10-14 gün təşkil edir.

Qeyd edək ki, bu vaxta qədər artıq 326 vaqonla, 21 488 ton aluminium yükü Qazaxıstandan Poti limanına çatdırılıb. Yaxın zamanda daha 209 vaqonla 13 585 ton həmin yükün nəql edilməsi planlaşdırılan. Layihə uzun müddətə nəzərdə tutulub.

Beləliklə Azərbaycanda nəqliyyat sahəsində yaradılan geniş infrastruktur və bunun nəticəsində yaranan logistik imkanlar iri yük sahiblərini, Azərbaycan ərazisindən keçməklə məhsullarının daşınmasına seçim etmələrinə səbəb olur. Ölkəmizin nəliyyat-logistika imkanları və potensialı, ölkəmizdən yüklərin nəqlinin əlverişliyi, daşınan yüklərin həcminin artırılmasına səbəb olur.