Nura Suri dördüncü dəfə ərə gedir? FOTOLAR

21 May 2020 13:30 (UTC+04:00)

Müğənni Nura Suri yenidən gəlinlik geyinmək eşqinə düşüb. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində söz açıb: “Hər bir insan sevib-sevilməlidir. İnsan sevəndə hər şeyə pozitiv yanaşır. Onu da deyim ki, dördüncü dəfə ərə getmək istərdim. Ailə quracağım bəyin təkcə siması deyil xasiyyəti, ağlı yerində olmalıdır. İçində mərhəmət və səxavət hissi daşımalıdır. Xanımının dəyərini bilən şəxslə qarşılaşsam yenidən ərə gedərəm”.

Nura onu bəyənən bəylərdən də danışıb: “Məni bir çox kişilər bəyənib. Amma xasiyyəti yaxşı olmayıb. Ona görə həmin kəslə vaxtımı itirməmişəm. Çünki zamanıma çox dəyər verən insanam”.