“Afaq Bəşirqızı Elgizi söyməklə xalqı təhqir etməyib”

21 May 2020 10:15 (UTC+04:00)

Xalq artisti Briliant Dadaşova həmkarı Afaq Bəşirqızının efirdə işlətdiyi qeyri-etik ifadə haqda danışıb. SİA-nın məlumatına görə, o, bu barədə verilişlərin birində söz açıb: “Afaq xanım xalqı təhqir etməyib. O Elgizi çoxdan tanıyır. Onun Elgizlə öz danışıq forması var. İki nəfərin arasında olan danışığı özləri bilərlər. Sizə nə düşüb deyirsiz ki bizi təhqir edib. Bunun tamaşaçı ilə heç bir əlaqəsi yoxdur. Bu hadisələr qorxulu və dərin mövzudur".

Xalq artisti sənətçiləri təhqir edənlərə də səslənib: "Bizimlə müharibə aparan ölkələrə baxın. Biri göstərsin ki, o ölkənin vətəndaşı məşhur simasını təhqir etdi. Bu dediyim heç vaxt ola bilməz".