Azərbaycan klublarına maliyyə ayrılıb UEFA

20 May 2020 16:15 (UTC+04:00)

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublara növbəti dəfə ödənişlər edib. SİA-nın məlumatına görə, 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinin hesabına 15 min 446 avro köçürülüb.

“Qarabağ” istina olmaqla Azərbaycan çempionatındakı 7 klub bu vəsaiti əldə edib.