“Azərreyl” klubu transferlə müqaviləni uzadlb

20 May 2020 16:02 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti transferini rəsmiləşdirib. SİA-nın məlumatına görə, Bakı təmsilçisi Azərbaycan milli komandasının blokçusu Kseniya Pavlenko ilə danışıqları müsbət yekunlaşdırıb.

27 yaşlı voleybolçu “Azərreyl”lə müqaviləsini uzadıb. O, 2020/2021 mövsümündə də “dəmiryolçular”ın formasını geyinəcək.

Bununla da, ölkəmizi Çelenc kubokunda təmsil edəcək “Azərreyl”in yeni il üçün heyətinə qatdığı oyunçuların sayı 4-ə çatıb. Komanda daha öncə sloveniyalı Moytsa Pene ilə müqaviləni artırıb, ardınca slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə 1 illik anlaşma əldə edib.